Argentinada vəkil Valeria Karreras ölkə Prezidenti Alberto Fernandesi rəsmi yoxsulluqla bağlı məlumatları sorğuladıqdan sonra dövlət başçısını vəzifəsini icra etməməkdə günahlandıraraq məhkəməyə verib.

Bu barədə “A24” telekanalı məlumat yayıb.

“Statistika və siyahıyaalma İnstitutu tərəfindən verilən məlumatların müəyyən manipulyasiyalarını bilən və ya yalnız şübhələnən Prezident (vəziyyəti-red) qaydaya salmaq üçün tədbir görmədi, müvafiq şikayət vermədi və iddialarının doğruluğunu yoxlamadı. “Şübhəsiz ki, dövlət qulluqçusunun vəzifələrinin yerinə yetirilməməsi – hərəkətsizlik var”, – telekanal Karrerasın iddiasından sitat gətirib.

İstinadlar Report