Argentina ilə İspaniya arasında diplomatik qalmaqal getdikcə böyüyür.

Argentina prezidenti Xavyer Miley İspaniyanın Baş naziri Pedro Sançesi “səriştəsiz yalançı və qorxaq” adlandırıb. Buna səbəb isə İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin Buenos-Ayresdəki səfiri məsləhətləşmələr üçün geri çağırmasıdır.

“Bu bacarıqsız insandır. O, yalançıdır, qorxaqdır. O, nazirlərini mənim üstümə töküb və seçki kampaniyası zamanı Argentina siyasətinə müdaxilə edib”, – Argentina lideri deyib.