Argentinanın daxili işlər naziri Gilyermo Franko istefa verən Nikolas Posseni əvəzləyərək yeni baş nazir olacaq.

Bu barədə ölkə Prezidenti Ofisinin mətbuat xidməti xəbər yayıb.

“Prezident Ofisi bildirir ki, Nikolas Posse Baş nazir vəzifəsindən istefa ərizəsini təqdim edib. Nazirlər Kabinetinin rəhbəri vəzifəsini Gilyermo Franko icra edəcək”, – məlumatda deyilir.

İstinadlar Report