
Argentina hökuməti Fələstinin HƏMAS hərəkatını terror təşkilatları siyahısına daxil edib.
“HƏMAS” adı “Terrorçuluq fəaliyyəti və onların maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin ictimai reyestri” siyahısında yer alıb.
Argentina prezidenti Xavyer Miley dəfələrlə bəyan edib ki, o, İsrail və ABŞ-ı Argentinanın prioritet müttəfiqləri hesab edir.