
Argentina hökuməti rəsmi sənədlərdə cinsi baxımdan neytral dildən istifadəni qadağan etmək niyyətindədir.
Bu barədə dövlət başçısı administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni söyləyib.
“Xavier Mileyin göstərişi ilə bütün dövlət orqanlarında inklüziv dilin yasaqlanması üçün tədbirlər görüləcək”, – o, mətbuat konfransında bildirib.
Adorniyə görə, xüsusən də sənədlərdə lüğətdə qeyd olunan özlərini qeyri-binar şəxslər hesab edən insanlar üçün deyilən “o” hərfinin əvəzinə “X”, “@” və “e” işarələrindən istifadə etmək qadağan ediləcək.