“Tanınmış tiktokerin (Çeçenistan başçısı Ramzan Kadırov nəzərdə tutulur – red.) simasında Rusiya tərəfi Severodonetski təxminən 45 gün əvvəl aldıqlarını iddia etmişdi. Ay yarım çəkdi… Lisiçanskın mərkəzində deyillər, nəzarətə götürməyiblər”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında bildirib.

“Amma oradakı vəziyyət təhdidedicidir. Hər şey bir-iki günə həll olunacaq”, – Prezident Ofisinin rəsmisi vurğulayıb.

İstinadlar Report