Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 2 milyard 001,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Fonddan məlumat verilib.

Məlumata görə, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 553,8 milyon ABŞ dolları və yaxud 38,2 % çoxdur.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

İstinadlar Report