Hazırda bir çox ölkələr “Azərişıq” ASC ilə əməkdaşlıq etməyə maraq göstərir.

Bunu jurnalistlərə açıqlamasında qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən COP29 iqlim konfransından sonra Çinin bir çox şirkəti “Azərişıq” ASC ilə əməkdaşlığa başlayıb:
“Həmçinin Asiya və Afrika ölkələri də bizimlə əməkdaşlıqda maraqlıdırlar. Bu mövzu bizim üçün olduqca aktualdır. Artıq bu ölkələrin nümayəndələri ilə görüşlər keçirilib. Onların diqqətini çəkən əsas məqam “Azərişıq” ASC-nin bir neçə beynəlxalq platformada uğurla təqdim etdiyi 35/0,4 kV-luq müasir şəbəkə modelidir”.

İstinadlar Report