Azərbaycan Respublikası ərazisində 30 ilə yaxın müddətdə qondarılmış separatçı-terrorçu rejimin Rusiyanın qucağında oturmuş tör-töküntülərinin başçısı Araik Arutyunyan Kəlbəcər və Tərtər rayonları ərazisini gəzib.
Bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Dövlətimizin İnterpolla aradığı Araik Kəlbəcərin Həsənriz və Tərtərin Umudlu kəndlərində olub.  Erməni kəndlilərlə görüşündə o,  Həsənriz, Zərdəxaç, Qozlu körpü, Zəylik və Umudlu kəndlərində  44 günlük savaşdan sonra digər ərazilərdən köçmüş ermənilər üçün  ev tikintisinin davam etdiriləcəyini bildirib.
Separatçı rejim bəhs edilən ərazini “Şaumyan rayonunun Aterk altrayonu” adlandırır.