
Ermənistan və Rusiya müttəfiqdirlər, ölkələr arasında ciddi ikitərəfli müqavilələr mövcuddur.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyə gəlincə, Rusiya ilə aramızda çox ciddi, güclü ikitərəfli müqavilələr var. Biz müttəfiqik”, – A.Mirzоyan qeyd edib.
O, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında müqavilə və onun Ermənistan-İran sərhədinin təhlükəsizliyinə təsiri barədə də danışıb: