Ermənistan və Böyük Britaniyanın XİN rəhbərləri Ararat Mirzoyanla Devid Kemeron arasında görüş keçirilib.

Bu barədə məlumatı A.Mirzoyan öz “X” hesabında paylaşıb. 

Görüş Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub. 

Bildirilib ki, tərəflər regional mövzuları və Cənubi Qafqazda baş verən hadisələri müzakirə ediblər.

İstinadlar Qafqazinfo