İranın xarici işlər naziri Abbas Araqçı “3+3” regional platformasının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək.

 

Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur. Platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub.

Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.

Üçüncü iclasın Türkiyədə keçirilməsi planlaşdırılır. Görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

İstinadlar Qafqazinfo