Aran bölgəsinin sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan çəkən əhaliyə kömək məqsədilə yardım kompaniyasına start veriblər.

Səhər saatlarından başlayan aksiyada Ucar, Göyçay və Kürdəmir rayon sakinləri fəal iştirak edirlər.

Belə ki, onların topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələr rayon ərazisində yerləşən müxtəlif ünvanlarda toplanır. Artıq bu gün ərzində təkcə Ucar rayonundan 3 ədəd yük maşını Bakıya göndərilib.

Sabah isə Göyçay və Kürdəmir rayonundan olan sakinlərin topladığı müxtəlif geyim, istilik və quru ərzaqla dolu yük maşınları paytaxta göndəriləcək. Rayon sakinləri “Report”un yerli bürosuna bildirib ki, aksiya başladığı andan rayonda 7-dən 70-ə hamı bu aksiyada fəallıq nümayiş etdirilər. Toplanan bütün yardımların məqsədi qardaş Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulur.

İstinadlar Report