
Göygöl şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün səhər saat 07 radələrində qeydə alınıb.
Belə ki, Cavid Məmmədovla həyat yoldaşı Asimə Məmmədova arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Nəticədə C.Məmmədov həyat yoldaşının bədəninə bıçaqla zərbələr endirirərək ona xəsarət yetirib.
Faktla bağlı Göygöl RPŞ-nin İB-də CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. C.Məmmədov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.