Azərbaycanda qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında Türkiyənin dəstəyini hiss edirik.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov FAO-nun Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilmiş regional seminarda bildirib.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi Türkiyə ilə layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq edir: “Ümumiyyətlə, hər ay AQTA-nın nümayəndələri Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə səfər edirlər. Türkiyədən də bizə mütəxəssislər gəlir”.

İstinadlar Report