Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva vəfat edib.

Bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, 1977-ci il təvəllüdlü K. Alıyeva 2020-ci ildən Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.

O, uzunsürən xəstəlikdən vəfat edib.

İstinadlar Qafqazinfo