
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyinat olub.
Nazir Məcnun Məmmədov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, yeni sədr Sərdar Hacıyevdir.
O, bundan əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Mirzə Əliyevi əvəz edib.