Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qusarda bu rayondan və Siyəzən rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, vətəndaşların müraciətləri əsasən müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, meyvə bağlarına dəyən zərərlərə görə sığorta ödənişlərinin verilməsi, əkin sahələrinin sığortalanması və əkin subsidiyalarının ödənilməsi ilə bağlı olub.

F.Sadıqov qaldırılan məsələlərlə bağlı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

İstinadlar Report