Azərbaycanda fermerlər tərəfindən payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.

Müraciətdə bildirilir ki, 10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki – buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.

Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS-də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildilir ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.

İstinadlar Report