Aqrar Sığorta Fondu Cəlilabdda müşavirə keçirib.

Cəlilabad rayonunda Aqrar Sığorta Fondu sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müşavirə keçirilib.

Keçirilən təbirdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub.

Tədbirdə çıxış edənlər rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan taxılçılıq, faraş tərəvəzçilik, kartofçuluq, üzümçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

İstinadlar Report