
Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə 56,2 milyon manat məbləğində güzəştli kredit verilib.