Pakistan aprelin 1-dən etibarən Əfqanıstanın “məcburi deportasiya” adlandırdığı təşəbbüs çərçivəsində 80 mindən çox əfqanı repatriasiya edib.

Məlumatı Pakistanın Daxili İşlər Nazirliyinin müşaviri Talal Çaudhri təsdiqləyib.

O bildirib ki, 2023-cü ilin sonunda üç milyondan çox əfqan üçün başladılan Qanunsuz Əcnəbilərin Repatriasiyası Planının müddəti artıq uzadılmayacaq.

İstinadlar Report