“Apple” şirkəti fevralda ucuz “iPhone” smartfonunun yığılmasına başlamaq niyyətindədir. Yeni telefonun təqdimatı marta planlaşdırılıb.

Bu yenilik şirkətin “iPhone SE”dən sonra ilk ucuz telefonu olacaq. Yeni cihaz görünüşcə 4,7 düym diaqonallı ekrana malik “iPhone 8” qurğusuna oxşayacaq. “Touch ID” funksiyasının “Ev” düyməsinə quraşdırılacağı gözlənilir, lakin “Face ID” biometrik autentifikasiya sistemi yoxdur.

Bundan başqa, yeni telefon “iPhone 11” ilə eyni prosessorla təchiz ediləcək.

“Bloomberg” nəşrinin məlumatına görə, “Apple” yeni “iPhone”nun köməyi ilə mobil qurğular bazarında öz bazar payını genişləndirməyi planlaşdırır.

Emil Hüseynov

İstinadlar ict news