“Apple” şirkəti toxunuş zamanı elektrik cərəyanı ilə vurmaya səbəb olacaq adapterləri geri çağırır. İndiyədək 6 belə hadisənin baş verməsi qeydə alınıb.

Şirkətin məlumatına görə, söhbət Böyük Britaniya, Honkonq və Sinqapur rozetkaları üçün nəzərdə tutulan qurğulardan gedir. “Bütün qüsurlu birləşdiricilər pulsuz əvəzlənəcək”, – şirkətin saytında qeyd olunub.

Bildirilir ki, 2003-2010-cu illərdə bu adapter “Apple” qurğuları komplektləşdirməsinə, eləcə də “World Travel Adapter Kit” dəstinə daxil olub.

“iPhone 2019” istehsal xətti üzrə qurğular reversivlənmiş simsiz enerjinin toplanmasının təmini üçün daha tutumlu akkumulyatorlarla təchiz ediləcək. Bunun ABŞ şirkətinin batareyaların tədarükü ilə məşğul olan bir sıra tərəfdaşlarına müsbət təsir göstərəcəyi gözlənilir.

Nizam Nuriyev

İstinadlar ict news