“Apple” şirkəti kompakt oyun qurğusu üzərində çalışır. Bu barədə “FrontTron” təxəllüslü məşhur blogerin “Twitter” hesabında deyilir.

Bloger ABŞ şirkətinin planları barədə məlumatlı olan şəxslər tərəfindən gələcək “Apple” qurğularının buraxılışının müzakirə edildiyi Koreya forumlarından birində dərc edilən məlumata istinad edir. Mənbənin sözlərinə görə, İT nəhəngi hibrid oyun konsolu buraxa bilər. Gələcək məhsulun yaxın analoqu kimi kompakt “Nintendo Switch” qurğusu göstərilir.

Məlumata görə, konsol “Apple” smartfon, planşet və kompüterlərində istifadə edilən A və M seriyalarına aid olmayan xüsusi prosessora malik olacaq. Yeni çip təkmilləşdirilmiş qrafik sürətləndirici və şüaların istiqamətinin göstərilməsi dəstəyi ilə təchiz ediləcək.

“Apple” hazırda oyun məhsulları bazarında təmsil olunmayıb. Şirkət 2019-cu ilin payızında istifadəyə verilən “Arcade” servisinə malikdir. Servis istifadəçiləri abunə əsasında bir sıra oyunlardan istifadə edə bilirlər. Oyunları “iPhone”, “iPad”, “Mac”, “Apple TV” daxil olmaqla bir neçə platformalarda işə salmaq mümkündür.

2019-cu ilin dekabrında “Apple” şirkətinin oyun kompüteri buraxacağı barədə məlumatlar yayılıb. Qurğu noutbuk form-faktorunda təqdim ediləcək, məhsuldar prosessora və böyük ekrana malik olacaq. O vaxt planlaşdırılan qurğu 5 min dollar dəyərində qiymətləndirilib.

Nizam Nuriyev

İstinadlar ict news