“Apple” şirkəti batareya probleminə görə 2015-2017-ci illərdə satışda olan “MacBook Pro” noutbuklarının bir hissəsini geri çağırır. Bu haqda şirkətin saytında məlumat verilib.

2015-ci ilin ortalarında çıxarılmış 15 düymlük “Retina” displeyə malik bir sıra noutbuk modelləri dayanıqsız elan edilib.

“Məlum olub ki, 15 düymlük əvvəlki “MacBook Pro” nəsil modellərində batareya həddindən çox qıza və yanğın təhlükəsi yarada bilər” – şirkətin rəsmi saytında deyilir.

Emil Hüseynov

İstinadlar ict news