Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevanın apelyasiya şikayəti təmin edilməyib.

Faktı “Report”a təqsirləndirilən şəxsin vəkili Günay Cəfərova təsdiqləyib.

Apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
Qeyd edək ki, O, 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.

İstinadlar Report