Tanınmış spiker Ceyhun Əlinin özünəməxsus hobbisi var. 

Bununla bağlı teleaparıcı fikirlərini Axşam.az-la bölüşüb. Ceyhun Əli bildirib ki, artıq bir neçə ildir geyindiyi kostyumların eskizlərini özü çəkir:

“Bu, mənim hobbimdir. İdeya İtaliyadan, daha dəqiq desək Neapoldan olan dostlarımın təklifindən sonra formalaşdı. Təəssüf ki, Bakıda neapolitan üslubunda tikilmiş kostyumlar hazırlnmır. Amma İtaliyadan olan dostlarımın sayəsində uzun illərdir mənim üçün köynək və kostyumlar tikən dərzi bu üsluba keçid etdi. Asan deyildi (gülür). Çünki geyimlər əllə, tikiş maşını istifadə edilmədən hazırlanır. Yaxın dostlarımı və həmkarlarımı da öz dərzimlə tanış etmişəm. Çox məmnundurlar. İstər efirdə, istərsə də səhnədə çıxış edərkən aparıcı üçün geyimin rahatlığı və şıxlığı önəmlidir. Neapolitan üslubunun xüsusiyyəti budur ki, hətta təyyarədə uzun müddət yol qət etdərkən yuxuya dalsanız belə, kostyum əzilmir. Həmçinin bir kostyum sizə ən azı 4-6 il xidmət edir”.

“Gələcəkdə bu hobbinizi biznesə çevirməyi düşünürsünüz” sualına cavabında C.Əli bildirib ki, hazırda bu barədə düşünmür:

“Əsas vaxtımı sevdiyim işə, aparıcı olaraq efirə və səhnədəki çıxışlara həsr edirəm. Bundan zövq alıram. Bu səbəbdən də hazırda hobbimi biznesə çevirmək fikrim yoxdur. Bu hobbi həm də mənə işimdə yardım edir. Yəni, geyim haqqında düşünmürəm”.