Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarana qədər Avropa İttifaqı Ukraynanı dəstəkləməlidir və Rusiya ərazisinə zərbələr bunu dəyişməyəcək.
Avropa Parlamentinin sədri Roberta Metsola “Detsche Welle”yə müsahibəsində bildirib.
Metsolanın fikrincə, Ukraynaya dəstək zərurəti nə Rusiyanın Ukraynanı ittiham etdiyi Moskvaya qarşı son dron hücumundan, nə də Kiyevə verilən silahların potensial olaraq Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna bilməsindən dəyişir.
“Düşünürəm ki, bu arqumenti irəli sürən hər kəs Rusiyanın Ukraynanı işğal etməsi faktını unudur. Bu, iki ölkə arasında münaqişə deyil. Burada bir ölkə digərinə soxulub və ərazilərinin bir hissəsini zəbt edib. Rusiya Ukraynadan əl çəkməyincə Ukraynaya dəstəyi dayandırmağı düşünmürük”, – o vurğulayıb.