Hazırkı kopronavirus pandemiyası bəşəriyyət üçün dönüş nöqtələrindən biri olub. 1945-ci il İkinci Dünya müharibəsinin başa çatması və Birləşmiş Millətlər Təşkilatının yaranması ilə müqayisə oluna bilər.

Bu fikirləri BMT baş katibi Antonio Quterreş Baş Asambleyanın 75-ci sessiyası çərçivəsində keçirilən siyasi müzakirələr zamanı dilə gətirib.

O, iştirakçılar qarşısındakı nitqi zamanı yanvar ayında Baş Asambleyada bəşəriyyətin gələcəyinə təhlükə yaratdığı üçün “qiyamətin dörd atlısı” adı verdiyi dörd dağıdıcı amilin son illər geosiyasi gərginliyin artması, iqlim dəyişiklikləri, dünya boyu artan etimadsızlıq, rəqəmsallaşmanın qaranlıq üzü olduğu barədə fikirlərini xatırladıb.

İstinadlar Report