ABŞ-nin dövlət katibi Antoni Blinken Prezident Abd əl-Fəttah Sisi ilə görüşmək üçün Misirdə səfərdədir.

Məlumatı “AP” yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqların əsas mövzusu İsraillə HƏMAS arasında razılığın əldə olunmasına vasitəçilik səylərinin göstərilməsidir.

Məlumata görə, dövlət katibi Misirdən sonra İsrail, İordaniya və Qətərə səfər edəcək.

İnformasiyaya əsasən, bir müddət əvvəl HƏMAS qruplaşmasının yüksək vəzifəli nümayəndəsi Sami Əbu Zuxri ABŞ-ni Qəzza zolağında hərbi əməliyyatları dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

İstinadlar Report