
“Azərbaycan Qarabağda anti-terror əməliyyatına başlayıb. Bu bizim haqqımızdır. Əslində Vətən Müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan qaçmaqla antiterror tədbirlərini sürətləndirirdi”, – bu fikirləri Türkiyənin Kanal 24 kanalına açıqlamasında deputat Cavanşir Feyziyev bildirib.
Millət vəkili bildirib ki, antiterror tədbirlərinin başlanması qaçılmaz idi.
“Biz sülh üçün çox çalışdıq. Amma Rəsmi İrəvan bizim sülh çağırışlarımızı yerinə yetirməkdən qaçdı”, – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomaterialda: