Türkiyənin cənubunda yerləşən Antalya şəhərinə 29 il aradan sonra ilk dəfə qar yağıb.

Şəhərə qar yerli saatla 03:00-da yağmağa başlayıb.

Məlumata görə, sonuncu dəfə 1993-cü ilin yanvarın 7-də Antalyada 5 sm qar düşüb.

Qeyd edək ki, Türkiyənin bir sıra şəhərləri ağ örpəyə bürünüb. Xüsusilə ölkənin ən iri şəhəri olan İstanbulda güclü qar şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Bu səbəbdən özəl avtomobillərin günorta saat 15:00-dək yola çıxması müvəqqəti olaraq yasaqlanıb.

İstinadlar Report