Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu davam edir.
Tədbirin ikinci günü “Avrasiyada yeni əməkdaşlıq dinamikaları”, “Enerji təhlükəsizliyində dəyişən paradiqmalar”, “Terrorla mübarizədə yeni sınaqlar”, “Aerokosmik diplomatiya: Yeni fürsətləri kəşf etmək”, “Sahil: Təhlükəsizlik risklərindən qalıcı sülhə”, “Avropa təhlükəsizlik memarlığının gələcəyi” kimi bir çox mövzu müzakirə olunacaq. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclasları təşkil olunacaq.