İsveçin yeni hökumətində Ann Linde xarici işlər naziri postunda qalıb.

Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson parlamentdə başçılıq edəcəyi kabinetin tərkibini elan edərkən açıqlayıb.

Onun sözlərinə görə, Peter Xultkvist də müdafiə naziri vəzifəsində qalıb.

Qeyd edək ki, noyabrın 24-də İsveç parlamentinin yeni Baş nazir seçdiyi Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson səlahiyyətlərinin icrasına başlayandan bir neçə saat sonra istefa verib. Ancaq noyabrın 29-da parlament onun istefasını qəbul etməyib.

Xatırladaq ki, Maqdalena Anderssonun İsveçin yeni Baş naziri seçilməsi ölkə tarixində ilk hadisədir. Buna qədər İsveç hökumətinə qadın başçılıq etməyib.

M.Andersson 2014-cü ilin parlament seçkilərində deputat seçilib. O vaxtkı Baş nazir Stefan Löfven onu maliyyə naziri təyin edib. M.Andersson 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən indiyədək hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib.

İstinadlar Report