Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.  Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yerləşdirilmiş maşınla törədildiyi artıq dəqiqləşib. Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırılandan sonra açıqlanacaq.

Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu isə bildirib ki, terror nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: “Onlardan 7-si əməliyyat olunub, 19 nəfərin isə vəziyyəti ağırdır”.