Martın 13-də Ankaranın mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Seher Çağla Demir tərəfindən törədilib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, terrorçu-kamikadze Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olub. O, 2013-cü ildən PKK sıralarına qoşulub.

Xatırladaq ki terror aktı nəticəsində 37 nəfər həlak olub. Xəstəxanalara yerləşdirilmiş 48 yaralının müalicəsi davam etdirilir. Onlardan 15-nin vəziyyəti ağırdır.