
Ankarada saxta araq qəbulundan ölənlərin sayı 54-ə çatıb.
Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
“Daxil olan məlumatlara görə, Ankarada 54 nəfər saxta spirtli içki qəbulundan ölüb, 40 nəfər isə reanimasiyadadır. Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 28 nəfər şübhəli şəxs qismində həbs edilib”, – prokurorluqdan bildirilib.