Türkiyənin paytaxtı Ankarada Cənubi Afrika Respublikasının (CAR) Mənəvi Miras və Müstəqillik Günü qeyd olunub.

Tədbirdə Türkiyənin xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Mehmet Kamal Bozay və Türkiyədəki çox sayda diplomatik missiya nümayəndələri və digər qonaqlar iştirak edib.

Proqramda ənənəvi, milli geyimləri ilə iştirak edənlər rəngarəng görüntülər yaradıblar.

CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau Ankarada iqamət edən səfirliyin diplomatik əlaqələrindən bəhs edib. Türkiyə ilə CAR arasındakı münasibətlərdən danışan səfir bu il fevralın 6-da Türkiyədə baş verən daığıdıcı zəlzələ fəlakətini təəssüf hissi ilə xatırladıb, CAR-ın bu məsələdə Türkiyəyə aktiv dəstək verən ölkələrdən birinin olduğunu vurğulayıb. 2021-ci illə müqayisədə keçən il Türkiyə və CAR arasında xarici ticarət dövriyyəsinin rekord səviyyəyə çatdığını deyib.

Türkiyənin xarici işlər nazirinin müavini Mehmet Kemal Bozay CAR-ın Türkiyə üçün çox əhəmiyyətli bir ortaq olduğunu qeyd edib, qitə ilə ümumi təcarət səviyyəsinin 2003-cü illə müqayisədə keçən il 8 dəfə artaraq 40,7 milyar dolara çatdığını bildirib.

Qeyd edək ki, hər il sentyabrın 24-də Cənubi Afrika Respublikasının Mənəvi Miras və Müstəqillik Günü milli bayram olaraq qeyd edilir. Həmin əlamətdar gündə 1948-1994-cü illərdə ölkəni idarə edən ağ irqçi aparteid rejiminə qarşı azadlıq mübarizəsinin qəhramanı hesab edilən o dövrün Prezidenti Nelson Mandela ehtiramla yad olunur.

İstinadlar Report