“Android” sisteminin idarəetməsi altında işləyən smartfon sahibləri “Mesajlar” proqramını yeniləyə bilərlər. “Google” şirkəti yeniləmədə kiçik düzəlişlərdən başqa ona təxirə salınmış “SMS” göndərmək imkanını əlavə edib.

Sözügedən funksiya “Telegram”la oxşar şəkildə işləyir: istifadəçi mesajı yazır, bundan sonra onun “adresat”a çatacağı vaxtı müəyyənləşdirir. Yeni funksiya “Android 7” və yuxarı versiyaların idarəetməsi altında işləyən bütün qurğularda əlçatandır. Proqramın yeni versiyasını “Google Play” proqramlar mağazasından yükləmək mümkündür.

Emil Hüseynov

İstinadlar ict news