İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssis Zak Doffman “Android” sisteminin idarəetməsi altında işləyən smartfon istifadəçilərini “Google”un “Android Messages” messencerindən istifadədən imtinaya səsləyib. Bu barədə “Forbes” nəşri yazıb.

Mütəxəssisin sözlərinə görə, “End-to-end encryption” şifrləməsinə malik olmayan bu mobil tətbiqdən istifadə təhlükəlidir.

Bu halda mütəxəssis bildirib ki, “Android Messages” istifadəçilərinin sayı əvvəlki kimi artır, çünki bu messencer bir çox “Samsung” qurğularına başlanğıc ayar kimi quraşdırılır.

Emil Hüseynov

İstinadlar ict news