“WhatsApp” messencerinin komandası planşetlərdə istifadə üçün optimallaşdırılmış və çoxdan gözlənilən proqramı təqdim etməyə hazırlaşırlar. Bu haqda “WABetaInfo” resursu məlumat verib.

Messencerin beta-test proqramında iştirak edən istifadəçilər artıq proqramı “Google Play” mağazasından “Android” planşetə quraşdıra bilərlər.

Beləliklə, planşet üçün nəzərdə tutulmuş “WhatsApp” mobil tətbiqi, hələ ki, beta-test mərhələsindədir, nasaz işləyə bilər və natamam funksionallığa malikdir.

Planşetdə “WhatsApp” proqramından istifadə etməkdən ötrü SİM kart üçün slota malik model lazımdır.

İstinadlar ict news