Moskva Bakı və İrəvanı Cənubi Qafqazda tezliklə sülh və rifaha nail olmaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin keçirdiyi brifinqdə jurnalistlərə deyib.
O, Rusiyanın Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulayıb.