Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.

Bu barədə məlumatı Belarusun Mərkəzi Seçki Komissiyası yayıb.

Xatırladaq ki, Belarusda prezident seçkiləri yanvarın 26-da baş tutub.Aleksandr Lukaşenko səslərin 86,82 faizini toplayaraq yenidən dövlət başçısı seçilib.