32 yaşlı oğlan anasını öldürüb.

Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, dekabrın 23-də Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.