Şabranda anasını qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nazırovun məhkəməsi başlayır.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Şabran rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Məhəmməd Nazırov anası – 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr vurub. Zərəçəkmiş aldığı xəsarətlərdən ölüb. M.Nazırov hadisəni törədəndə sərxoş vəziyyətdə olub.

İstinadlar Report