Şəmkir rayon Ələsgərli kənd tam orta məktəbin riyaziyyat müəllimi Əhmədov Zöhrab Rüstəm oğlu aldığı yanıq xəsarələri nəticəsində vəfat edib.

Fevralın 11-də Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində elektrik naqillərindəki qısaqanmadan yaranan yanğın nəticəsində anası Əhmədova Mahı Bayraməli qızı və övladı 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu vəfat edib, Əhmədov Zöhrab Rüstəm oğlu isə ağır bədən xəsarətləri alaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparılmışdı.

İstinadlar Qafqazinfo