Bu gün Ukrayna Ali Radasının nümayəndə heyəti və Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, üzvü Anar Məmmədov və digər üzvlər cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu terror faktının birinci ildönümü günü cinayətin izləri ilə tanış olub, dağılmış evlərə və mülki obyektlərə baxıb.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb.

Bildirilib ki, Ermənistan ordusu hərbi cinayət törədərək Gəncəyə atdığı ballistik raket zərbələri nəticəsində 26 dinc sakin həlak olub, 175-dən çox insan yaralanıb. 

Qeyd edək ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin dost ölkədən olan ukraynalı parlamentarilərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır.

Azərbaycan və Ukrayna parlament dostluq qrupları Ağdama doğru səfərə yola düşüb.




İstinadlar Qafqazinfo