“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var”.

Bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin həbs edildiyi, cinayətdə ittiham olunduğu andan hüquqi yardım almaq hüququ müəyyənləşib: “Boşluqlar vəkilin öz müştərisi ilə görüşməsində müəyyən əngəllər yaradır. Bununla bağlı tərəfimizdən təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Təkliflərimiz ondan ibarətdir ki, vəkillər öz müvəkkilləri ilə heç bir məhdudiyyət, maneə, icazə tələb olunmadan dərhal görüşə bilsinlər. Bu beynəlxalq hüquqda qəbul olunan prinsipdir”.

İstinadlar Report