“Biz minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıyıq”.

Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idrəsinin müdiri Ramil Əzizov “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq minatəmizləmə işlərində yenilikləri öyrənməyə, təcrübə mübadiləsinə köməklik edir: “Hazırda əməkdaşlıq etdiyimiz beynəlxalq təsisatlar var və bundan sonra həmin əlaqələrin daha da genişləndirilməsi üçün çalışacağıq”.

İstinadlar Report